The Daily Baku
İspaniyada yüksək sürətli qatarın toqquşması nəticəsində ölənlərin sayı 39-a yüksəlib
19 yanvar 2026
12:50

İspaniyada yüksək sürətli qatarın toqquşması nəticəsində ölənlərin sayı 39-a yüksəlib.
"The Daily Baku" xəbər verir ki, bu barədə dövlət kanalı ölkənin "RTVE" telekanalı məlumat yayıb.
"Ölkənin cənubunda baş verən qatar qəzasında ən azı 39 nəfər həyatını itirib və onlarla insan yaralanıb – bu, son on il ərzində ölkədə baş verən ən ağır dəmir yolu qəzasıdır", deyə telekanal bildirib.
Qeyd edək ki, hər iki qatarda ümumilikdə 400 sərnişin və işçi olub.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/ispaniyada-yuksek-suretli-qatarin-toqqusmasi-neticesinde-olenlerin-sayi-39-a-yukselib