The Daily Baku
İranın Kiş adasının cənubunda konteyner gəmisi hücuma məruz qalıb
7 aprel 2026
15:14

İranın Kiş adasının cənubunda konteyner gəmisi hücuma məruz qalıb.
"The Daily Baku" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyinin (UKMTO) məlumatında bildirilib.
"Konteyner gəmisi naməlum mərmi ilə vurulub və bu, zədələnmələrə səbəb olub. Ekipaj üzvlərinin təhlükəsizliyi təmin olunub, bütün heyət tapılıb. Ətraf mühitə təsir barədə məlumat daxil olmayıb", - məlumatda qeyd olunub.
UKMTO həmçinin bəyan edib ki, 28 fevral - 7 aprel tarixləri arasında Fars, Hörmüz və Oman körfəzlərində, eləcə də onlara bitişik ərazilərdə fəaliyyət göstərən gəmilərə təsir edən insidentlər barədə 27 məlumat daxil olub.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/iranin-kis-adasinin-cenubunda-konteyner-gemisi-hucuma-meruz-qalib