The Daily Baku
İranın hücumu nəticəsində BƏƏ-dəki ABŞ hərbi bazasında güclü partlayış olub
16 mart 2026
14:44

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi dəniz qüvvələri BƏƏ-dəki Əd-Dəfra ABŞ hərbi bazasında sursat anbarına zərbə endirib.
“The Daily Baku” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu SEPAH-ın bəyanatında bildirilib.
Məlumata görə, bazada güclü partlayış baş verib və nəticədə ABŞ hərbçiləri qırıcılarını həmin bazadan çıxarıb digər məntəqələrə yerləşdirmək məcburiyyətində qalıblar.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/iranin-hucumu-neticesinde-bee-deki-abs-herbi-bazasinda-guclu-partlayis-olub