The Daily Baku
İranda İsrail kəşfiyyatı ilə əlaqədə ittiham olunan şəxs edam edilib
21 aprel 2026
11:31

İranda yanvar etirazları zamanı məscidi yandırmaqda və İsrail kəşfiyyatı ilə əlaqəli şəbəkəyə rəhbərlik etməkdə ittiham olunan şəxs barəsində çıxarılmış ölüm hökmü icra edilib.
Bu barədə İranın "Mizan" xəbər agentliyi məlumat yayıb.
Əmirəli Mircəfəri Tehranda Kolhak məscidini yandırmaqda və dövlətin təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətin təşkilində təqsirli bilinib.
Ölüm hökmü çərşənbə axşamı səhər saatlarında icra edilib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/iranda-israil-kesfiyyati-ile-elaqede-ittiham-olunan-sexs-edam-edilib