İranda hökumət əleyhinə etirazlarda iştirak edən 3 min nəfər həbs edilib.
"The Daily Baku" xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Qeyd edək ki, İranda dekabrın 29-da milli valyuta rialın kəskin ucuzlaşmasından sonra başlayan etirazlar ölkənin əksər iri şəhərlərində hökumət əleyhinə aksiyalara çevrilib. Etirazlarda 2000-ə qədər insan öldüyü bildirilir. Yanvarın 12-də yüz minlərlə insanın hökumətə dəstək məqsədilə keçirdiyi kütləvi nümayişlərdən sonra etirazlar səngiyib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/iranda-etirazlarda-3-min-nefer-hebs-edilib
