The Daily Baku
İranda etirazlar iki həftədir davam edir - küçələrdə dağıntılar törədilib
10 yanvar 2026
10:51

İranda iki həftə əvvəl başlayan kütləvi etirazlar bu gecə də davam edib.
"The Daily Baku" "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, Tehran başda olmaqla bir sıra şəhərlərdə etirazçılar gecə saatlarında küçələrə çıxaraq hökumət əleyhinə şüarlar səsləndiriblər.
Yayılan məlumatlara görə, aksiya iştirakçıları mövcud siyasi idarəçiliyə etiraz ediblər. Etirazların bir neçə şəhərdə eyni vaxtda baş verdiyi bildirilir.
Hökumətyönlü media qurumları şəhər küçələrində baş verdiyi iddia olunan dağıntıların görüntülərini yayımlayıblar.
Etirazçılar "ictimai əmlakı məhv etməkdə" və "etirazlar adı altında ölkəyə qarşı düşmənçilik etməkdə" ittiham olunublar.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/iranda-etirazlar-iki-heftedir-davam-edir-kucelerde-dagintilar-toredilib