The Daily Baku
İranda dini kompleksə endirilən zərbə nəticəsində 4 nəfər ölüb, 28 nəfər yaralanıb
31 mart 2026
19:38

ABŞ və İsrailin İranın şimal-qərbindəki Zəncan şəhərində yerləşən dini kompleksə endirdiyi hava zərbəsi nəticəsində 4 nəfər ölüb.
"The Daily Baku" xəbər verir ki, bu barədə "ISNA" agentliyi məlumat yayıb.
Bundan başqa, daha 26 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Daha əvvəl İranın "SNN" telekanalı hücum nəticəsində günbəzə və minarələrə ziyan dəydiyi barədə məlumat vermişdi.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/iranda-dini-komplekse-endirilen-zerbe-neticesinde-4-nefer-olub-28-nefer-yaralanib