The Daily Baku
İrana qarşı əməliyyatların dayandırılması çağırışı Senatdan keçməyib
14 may 2026
14:21

ABŞ Senatı ölkə administrasiyasına İrana qarşı hərbi əməliyyatların dayandırılmasını faktiki olaraq əmr edən qətnaməni yeddinci dəfə rədd edib.
"The Daily Baku"nun C-SPAN-ln yayımına istinadən məlumatına görə, qətnamənin lehinə 49, əleyhinə isə 50 senator səs verib.
Qətnaməni dəstəkləyənlər arasında respublikaçılar Rend Pol, Liza Murkovski və Syuzan Kollins də var.
Demokrat Con Fetterman qətnamənin əleyhinə səs verib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/irana-qarsi-emeliyyatlarin-dayandirilmasi-cagirisi-senatdan-kecmeyib