İrana göndərilən humanitar yardım Astara sərhədinə çatıb.
Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında 8 mart tarixində baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə İrana yola salınan humanitar yardım artıq Astara dövlət sərhədindən buraxılış məntəqəsindədir.
Sərhəd buraxılış məntəqəsində müvafiq prosedur qaydalarından sonra humanitar yardım İran İslam Respublikasına yola salınacaq.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/irana-gonderilen-humanitar-yardim-astara-serhedine-catib
