The Daily Baku
İran XİN rəhbəri: ABŞ-la danışıqlar aparmaq üçün heç bir xahiş etməmişik
28 yanvar 2026
13:12
İran ABŞ-la danışıqlar üçün heç bir təklif və ya xahiş irəli sürməyib.
"The Daily Baku" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi jurnalistlərə açıqlamasında deyib.
“ABŞ-la danışıqlar üçün heç bir xahişimiz olmayıb. Lakin üçüncü tərəflər vasitəçilik üçün səy göstərirlər və biz onlarla kontaktdayıq”,- Əraqçi bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İranın danışıqlar aparmaq istədiyini bəyan edib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/iran-xin-rehberi-abs-la-danisiqlar-aparmaq-ucun-hec-bir-xahis-etmemisik