The Daily Baku
İran və ABŞ nüvə proqramı ilə bağlı danışıqlar üzrə növbəti addımları razılaşdırıb
6 fevral 2026
19:14

İran və ABŞ Omanda nüvə proqramı ilə bağlı danışıqların növbəti raundu üzrə qərarların öz ölkələrinin paytaxtları ilə məsləhətləşmələr apararaq razılaşdırılması barədə razılığa gəlib.
Bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi İsmayıl Bəqai "X" sosial şəbəkəsində yazıb.
"İran və ABŞ arasında Maskatda keçirilən danışıqlar dialoqun davam etdirilməsi barədə razılığın əldə edilməsi ilə başa çatıb. Tərəflər öz mövqelərini və tələblərini ifadə edərək, danışıqların növbəti raundu ilə bağlı qərarların öz ölkələrinin paytaxtları ilə məsləhətləşmələr aparmaqla qəbul edilməsi barədə razılığa gəliblər", - o yazıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/iran-ve-abs-nuve-proqrami-ile-bagli-danisiqlar-uzre-novbeti-addimlari-razilasdirib