İsrailin kəşfiyyat qurumu olan "Mossad"la əməkdaşlıqda təqsirləndirilərək saxlanılan Ehsan Afreşteh barəsində İran Ali Məhkəməsinin çıxardığı edam hökmü mayın 13-də səhər saatlarında icra edilib və o asılıb.
"The Daily Baku" xəbər verir ki, bu məlumatı İranın dövlət televiziya və radio şirkəti yayımlayıb.
Bildirilir ki, Afreşteh Nepal ərazisində "Mossad" nümayəndələrinin rəhbərliyi ilə xüsusi hazırlıq keçib və İsrail kəşfiyyat idarəsi ilə işlədiyi dövrdə üç xarici dili - ingilis, fransız və ivrit dillərini öyrənib.
İstintaqın məlumatına əsasən, İran vətəndaşı İsrail kəşfiyyatında "Ceyms" kod adından istifadə edərək, elektron poçt və fərqli mesajlaşma tətbiqləri üzərindən kommunikasiya qurub. O, "Mossad"ın ilkin tapşırıqlarını onlayn taksi sürücüsü roluna girərək həyata keçirib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
