The Daily Baku
İran ŞƏT ölkələri ilə hərbi sahədə təcrübəsini bölüşməyə hazırdır
28 aprel 2026
12:25
.jpg)
İran hərbi imkanlarını "müstəqil ölkələrlə", xüsusilə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) üzvləri ilə bölüşməyə hazırdır.
Bunu İranın müdafiə nazirinin müavini Rza Talei-Nik Bişkekdə ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin müşavirəsində çıxışı zamanı bəyan edib.
"Biz təcrübəmizi təşkilatın digər üzvləri ilə bölüşməyə hazırıq", - o bildirib.
Agentlik qeyd edir ki, İran fevralın 28-dən etibarən apardığı hərbi əməliyyatlar zamanı ABŞ-nin hərbi bazalarına pilotsuz uçuş aparatları və raketlərlə zərbələr endirib, həmçinin öz hava məkanında Birləşmiş Ştatların uçuş aparatlarını vurub.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/iran-set-olkeleri-ile-herbi-sahede-tecrubesini-bolusmeye-hazirdir