İran sanksiya tərəfdarı ölkələrin dəniz nəqliyyatını məhdudlaşdıracaq

İran qarşı ABŞ-nin sanksiya rejiminə qoşulan ölkələrin gəmilərinin Hörmüz boğazından keçməsi qadağan ediləcək.
"The Daily Baku" xəbər verir ki, bu barədə İran ordusunun nümayəndəsi Məhəmməd Əkrəminiya IRNA-ya müsahibəsində bildirib.
"Bundan sonra ABŞ-dən nümunə götürərək İrana qarşı sanksiyalar tətbiq edən ölkələr Hörmüz boğazından keçərkən çətinliklərlə üzləşəcəklər", - o bildirib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.