ABŞ Prezidenti Donald Tramp Omanda İranla keçirilən danışıqlardan sonra açıqlamalar verib.
“The Daily Baku" xəbər verir ki, Prezident təyyarəsində jurnalistlərin suallarını cavablandıran Tramp görüşlərin müsbət keçdiyini bildirib.
Trampın sözlərinə görə, danışıqlar çox yaxşı atmosferdə baş tutub və İran tərəfi razılaşma əldə etmək niyyətindədir.
O qeyd edib ki, danışıqların nəticələri ictimaiyyəti təəccübləndirə bilər.
“Əgər İran bu gün ilk görüşümüzdə təklif etdiklərini əvvəldən irəli sürsəydi, bu təkliflər dərhal qəbul edilərdi”, – deyə Tramp vurğulayıb.
ABŞ Prezidenti İranın nüvə silahı əldə etməsinə icazə verilməyəcəyini bir daha diqqətə çatdırıb. O bildirib ki, tərəflər arasında danışıqlar davam edəcək və gələn həftə İran nümayəndə heyəti ilə yenidən görüş planlaşdırılır.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
