İran Qətərin enerji obyektlərinə zərbə endirib.
"The Daily Baku" xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı Qətərin Müdafiə Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.
"Bir pilotsuz uçuş aparatı (PUA) "Mesaieed" elektrik stansiyasına məxsus su anbarını, digəri isə "QatarEnergy" şirkətinin strukturuna daxil olan Ras-Laffan sənaye şəhərindəki enerji obyektlərindən birini vurub", - məlumatda bildirilib.
Qurumun məlumatına görə, hücum nəticəsində dəyən ziyan və itkilər Qətərin müvafiq orqanları tərəfindən qiymətləndiriləcək.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/iran-pua-larla-qeterin-enerji-obyektlerine-zerbe-endirib
