İran parlamentinin spikeri Qalibaf Trampın son hədəsinə cavab verdi: sətiraltı məqamlar

İran İslam Respublikasının parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ prezidenti Donald Trampın bu gün İranın Hörmüz boğazını 48 saat ərzində açmadığı təqdirdə ölkənin elektrik stansiyaları və körpülərinə zərbələr endiriləcəyi barədə hədəsinə cavab verib.
Qalibaf özünün X hesabında bu zərbələrdən sonra region ölkələrinin oda bürünə biləcəyinə işarə edib və ABŞ prezidentini İsrailin sifarişini yerinə yetirməkdə ittiham edib.
Qalibaf paylaşımını “İran xalqının hüquqlarına” hörmət edilməsinin yeganə həll yolu olduğunu qeyd etməklə bitirib.
Adətən sərt cavabları ilə tanınan Qalibafın bu dəfə məsələnin hüquqi müstəvidə həllindən danışması diqqəti cəlb edir. Dünən isə xarici işlər naziri Abbas Araqçı İranın İslamabadın vasitəçiliyindən imtina etməsi ilə bağlı ABŞ mətbuatında yayılan məlumatları təkzib edib.
Hesab etmək olar ki, bütün bunlar İranın siyasi dairələrinin gözlənilən eskalasiyadan ciddi narahat olduğunu göstərir.
The Daily Baku redaksiyası
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.