The Daily Baku
İran dronlarının zərbələri nəticəsində Küveytdə xəsarət alanlar var
3 iyun 2026
11:00

İranın Küveytə pilotsuz uçuş aparatları (PUA) ilə endirdiyi zərbələr nəticəsində bir neçə nəfər yaralanıb.
"The Daily Baku" xəbər verir ki, bu barədə Küveyt Silahlı Qüvvələrinin Quru Qoşunları Baş Qərargahının sosial şəbəkələrdəki məlumatında deyilir.
Xəsarət alanların dəqiq sayı açıqlanmır.
Bildirilib ki, Küveyt beynəlxalq hava limanının sərnişin terminalının binası zədələnib.
"Silahlı Qüvvələr müvafiq qurumlarla koordinasiyalı şəkildə vəziyyəti izləyir, istənilən yeni vəziyyətə reaksiya vermək, həmçinin ölkənin təhlükəsizliyinin və sabitliyini qorumaq üçün bütün zəruri tədbirləri görmək məqsədilə tam hazırlıq vəziyyətinə gətirilib", - məlumatda qeyd olunub.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/iran-dronlarinin-zerbeleri-neticesinde-kuveytde-xesaret-alanlar-var