İngiltərənin "Aston Villa" klubunun yarımmüdafiəçisi Morqan Rocersin böyük ehtimalla komandada qalacağı gözlənilir.
"The Daily Baku" xarici mediaya istinadən xəbər verir ki, 23 yaşlı futbolçunun xidmətində Avropanın bir neçə aparıcı klubu maraqlıdır.
Futbolçunu heyətinə qatmaq istəyən komandalar arasında İngiltərə Premyer Liqası təmsilçilərindən "Çelsi", "Liverpul", "Mançester Yunayted" və Madrid "Real"ı yer alır. Lakin yarımmüdafiəçinin hazırkı klubu ilə yola davam edəcəyi bildirilir.
M.Rocersin "aslanlar"la müqavilə müddəti 2031-ci ilə qədərdir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/ingiltere-klubu-morqan-rocersi-buraxmaq-niyyetinde-deyil
