The Daily Baku
İnformasiya texnologiyaları üzrə standartlar mövzusunda beynəlxalq seminar keçirilib
9 yanvar 2026
19:53

AKTA 2026-cı ildə ilk tədbirini İT sektorunda “İdarəetmə, risk və uyğunluq” (GRC - “Governance, Risk and Compliance”) mövzusuna həsr edib.
"The Daily Baku" xəbər verir ki, 8 yanvar tarixində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası və Keyfiyyət Assosiasiyasının birgə təşəbbüsü və Birləşmiş Krallığın CFECERT şirkətinin dəstəyi ilə “İT sektoru üçün idarəetmə sistemləri üzrə standartlar” mövzusunda seminar baş tutub.
Əsasən, AKTA üzv şirkətlərin rəhbər şəxsləri və AKTA ekspertləri üçün nəzərdə tutulan seminarın məqsədi İT sektorunda beynəlxalq idarəetmə standartlarının tətbiqi, onların inteqrasiya imkanları və praktiki faydaları barədə iştirakçıların məlumatlandırılması olub.
Tədbir çərçivəsində məlumat təhlükəsizliyi, şəxsi məlumatların idarə edilməsi, biznesin davamlılığı, İT xidmətlərinin idarə olunması, süni intellekt və uyğunluq sahələrini əhatə edən əsas ISO standartları üzrə təqdimatlar keçirilib.
Seminarın mühazirəçisi Ömer Kılınç (CFECERT şirkətinin İT standartlar üzrə beynəlxalq auditoru və təlimçisi) tərəfindən standartların birlikdə yaratdığı dəyər, sertifikatlaşma prosesləri və praktik tətbiq nümunələri barədə ətraflı məlumat verilib. Seminarın sonunda AKTA ekspertləri, xüsusilə GRC ekspert komitəsinin iştirakçıları ilə birlikdə İT standartlar və GRC sahəsində beynəlxalq trendlər barədə müzakirələr aparılıb.
Qeyd edək ki, AKTA tərəfindən GRC sahəsində, xüsusilə kibertəhlükəsizliyə aid olan istiqamətlərdə ölkəmizdə institusional inkişafın dəstəklənməsi, mütəxəssislərin maarifləndirilməsi, beynəlxalq təcrübənin tətbiqi və AKTA üzv şirkətlərində risklərin idarə edilməsi və uyğunluq məsələlərin gücləndirilməsi mövzuları 2026-cı il üçün əsas məqsədlərdən biri kimi müəyyən edilib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/informasiya-texnologiyalari-uzre-standartlar-movzusunda-beynelxalq-seminar-kecirilib
Şəkil Qalereyası

Böyüt

Böyüt

Böyüt

Böyüt

Böyüt

Böyüt