İndoneziyanın mərkəzi hissəsində Semeru vulkanı yenidən püskürüb.
"The Daily Baku" xəbər verir ki, bu barədə "Antara" agentliyinin məlumatında deyilir.
Kül sütunu vulkanın kraterindən 3 min metr və ya dəniz səviyyəsindən 6 676 metr yüksəkliyə qalxıb.
İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Nəticələrinin Yumşaldılması Mərkəzi bölgə sakinlərini və turistləri ehtiyatlı olmağı və vulkanın qızmar daşlar püskürməsi riski səbəbindən kraterə 5 km radiusda yaxınlaşmamağı tövsiyə edib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/indoneziyada-semeru-vulkani-yeniden-puskurub
