The Daily Baku
İMQ Livanda atəşkəsdən öncə 150 “Hizbullah” üzvünün öldürüldüyünü açıqlayıb
19 aprel 2026
14:49

İsrail Müdafiə Qüvvələri (İMQ) Livanda əməliyyata başlayandan bəri "Hizbullah" qruplaşmasının 1800-dən çox silahlısını öldürüb.
"The Daily Baku" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"İsrail və Livan arasında atəşkəs rejimi qüvvəyə minməzdən əvvəlki sutka ərzində İMQ 150 silahlını məhv edib. Həmçinin Livanın bir neçə rayonunda qruplaşmanın 300-ə yaxın hərbi obyektinə, o cümlədən buraxılış qurğularına, komandanlıq mərkəzlərinə və silah anbarlarına hücum edilib", - məlumatda deyilir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/imq-livanda-ateskesden-once-150-hizbullah-uzvunun-oldurulduyunu-aciqlayib