The Daily Baku
İlham Əliyev və Şahbaz Şərif Ramazan bayramı münasibətilə bir-birini təbrik edib
20 mart 2026
14:31

Azərbaycan Prezidenti İlham Əliyevlə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında martın 20-də telefon danışığı olub.
Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif bir-birini müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib, xalqlarımıza firavanlıq və yeni-yeni uğurlar arzulayıblar.
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafından məmnunluqlarını ifadə edib, əməkdaşlığın perspektivləri və gələcək təmaslara dair fikir mübadiləsi aparıblar.
Telefon danışığı əsnasında Yaxın Şərqdəki mövcud vəziyyətə toxunulub, gərginliyin siyasi yollarla tezliklə həllinin vacibliyi vurğulanıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/ilham-eliyev-ve-sahbaz-serif-ramazan-bayrami-munasibetile-bir-birini-tebrik-edib