The Daily Baku
İlham Əliyev və Mehriban Əliyeva Rasim Balayevlə vida mərasiminə əklil göndəriblər
30 mart 2026
12:08

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Rasim Balayevlə vida mərasiminə əklil göndəriblər.
Əklil mərhumun Akademik Milli Dram Teatrında keçirilən vida mərasiminə qoyulub.
Qeyd edək ki, Xalq artisti Birinci Fəxri xiyabanda dəfn olunacaq.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/ilham-eliyev-ve-mehriban-eliyeva-rasim-balayevle-vida-merasimine-eklil-gonderibler