The Daily Baku
İlham Əliyev: Əminəm ki, Latviya Prezidentinin bu səfəri ikitərəfli imkanlar üçün yaxşı fürsətlər yaradacaq
22 aprel 2026
13:41

Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidentinin səfərinin ikitərəfli imkanlar üçün yaxşı fürsətlər yaradacağına əmin olduğunu bildirib.
Aprelin 22-də Azərbaycanda rəsmi səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçslə mətbuata bəyanatında dövlət başçısı latviyalı həmkarı ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə ikitərəfli gündəliyin müxtəlif aspektlərini müzakirə etdiklərini, eyni zamanda, beynəlxalq məsələləri nəzərdən keçirdiklərini vurğulayıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/ilham-eliyev-eminem-ki-latviya-prezidentinin-bu-seferi-ikiterefli-imkanlar-ucun-yaxsi-fursetler-yaradacaq