The Daily Baku
İlham Əliyev: Azərbaycan Ermənistanla sülhə vasitəçilərin olmamasında israr etdikdən sonra nail oldu
12 mart 2026
13:56

Azərbaycan Ermənistanla sülhə vasitəçilərin olmamasında israr etdikdən sonra nail oldu.
Bunu Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında bildirib.
"Minsk qrupunun 28 illik "vasitəçiliyi" iflasa uğradı. Həmsədrlərin məqsədi münaqişəni dondurmaq, onu əbədi qoruyub saxlamaq və hər iki ölkəyə təzyiq aləti kimi istifadə etmək idi. Buna görə də biz bu "vasitəçilik"dən imtina etmək qərarına gəldik. Və üçüncü tərəflər olmadan birbaşa ikitərəfli dialoqa başlayan kimi sülhə nail olduq. Bu, nəzəriyyə deyil - bu, bizim real təcrübəmizdir. Buna görə düşünürəm ki, digər münaqişələrin həlli yolları axtarılarkən bu məsələ mütləq nəzərə alınacaq", - dövlət başçısı qeyd edib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/ilham-eliyev-azerbaycan-ermenistanla-sulhe-vasitecilerin-olmamasinda-israr-etdikden-sonra-nail-oldu