The Daily Baku
Hüseynzadə və Hamilton Azərbaycan-NATO tərəfdaşlığının perspektivlərini müzakirə ediblər
19 mart 2026
19:49

Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə Alyansın Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə yeni təyin olunmuş xüsusi nümayəndəsi, səfir Kevin Hamiltonla görüşüb.
Bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyinin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilir.
"Görüş zamanı tərəflər Azərbaycan və NATO arasında tərəfdaşlığın gələcək perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında səmərəli müzakirələr aparıblar", - məlumatda qeyd olunur.
Həmçinin NATO-nun müttəfiq və tərəfdaş ölkələrinin vətəndaşlarının və diplomatik heyətinin İrandan təhlükəsiz təxliyəsində Azərbaycanın mühüm rolu qeyd edilib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/huseynzade-ve-hamilton-azerbaycan-nato-terefdasliginin-perspektivlerini-muzakire-edibler