The Daily Baku
Hörmüz boğazından maye qaz daşıyan ilk tanker ADNOC-a məxsus olub
28 aprel 2026
15:34

Mayeləşdirilmiş təbii qazla (LNG) yüklənmiş ADNOC-a məxsus tanker martın əvvəlindən bəri bloklanmış Hörmüz boğazından keçən ilk gəmi olub.
"The Daily Baku" xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti "Kpler" analitik şirkətinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, söhbət Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ADNOC milli neft şirkətinə məxsus "Mubaraz" gəmisindən gedir. O, göyərtəsində təxminən 132,9 min kubmetr LNG olmaqla aprel ayında Fars körfəzindən yola düşüb.
Bununla yanaşı bildirilb ki, yüklənmə hələ martın 2-də Das adasında həyata keçirilib.
"Kpler"də qeyd edilib ki, tanker boğazı 18–19 aprel tarixləri arasında keçmiş ola bilər.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/hormuz-bogazindan-maye-qaz-dasiyan-ilk-tanker-adnoc-a-mexsus-olub