Livanın radikal "Hizbullah" qruplaşmasının lideri Naim Qasem bildirib ki, qruplaşmanın silahlanma məsələsi Livan və İsrail arasında qarşıdan gələn danışıqların bir hissəsi olmayacaq.
"The Daily Baku" xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti "Al-Manar" telekanalına istinadən məlumat yayıb.
Onun sözlərinə görə, bu, Livanın daxili işidir. Qasem qeyd edib ki, "Hizbullah" Livanın cənubunu tərk etməkdən imtina edir və silahlı müqavimət göstərməkyə davam edəcək.
"Livanın hüdudlarından kənarda heç kimin qruplaşmanın, silahına aidiyyəti yoxdur. Bu, daxili işdir və danışıqların bir hissəsi deyil. Biz nə qədər vaxt getsə də və hansı itkilər olsa da təslim olmayacağıq", - o bildirib.
Qəzet qeyd edir ki, bəyanat atəşkəs rejiminə baxmayaraq, ölkənin cənubunda davam edən döyüş əməliyyatları fonunda yaraqlılara ünvanlanıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
