SON XƏBƏRLƏR
Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|
Cümə axşamı, 4 İyun 2026
The Daily Baku
The Daily Baku
Cümə axşamı, 4 İyun 2026
GündəmSiyasətDünyaBiznesTexnoAvtoCəmiyyətTəhsilSəyahətİdmanMultimedia
The Daily Baku
  1. Ana səhifə
  2. Dünya
  3. Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda rəngarəng Hind Yeməkləri Festivalı təşkil edib
Dünya

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda rəngarəng Hind Yeməkləri Festivalı təşkil edib

22 aprel 2026
14:46
Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda rəngarəng Hind Yeməkləri Festivalı təşkil edib

Hindistanın Azərbaycandakı Səfirliyi 19 aprel 2026-cı il tarixində Bakıda, Səfirlikdə möhtəşəm Hind Yeməkləri Festivalını uğurla təşkil edib. Tədbirdə müxtəlif hind mətbəxi nümunələri, mədəni çıxışlar və diplomatik görüşlər ön plana çıxıb.

Gün boyu davam edən tədbir Hindistanın zəngin dadlarını, rənglərini və mədəni irsini bir araya gətirərək çoxsaylı və həvəsli qonaqları cəlb edib. Festivalda bir sıra səfirlər və diplomatik korpusun üzvləri, yüksək vəzifəli Azərbaycan rəsmiləri, Azərbaycan parlamentinin üzvləri, iş dünyasının tanınmış simaları, media təmsilçiləri, Azərbaycandakı hind icmasının üzvləri, eləcə də yerli sakinlər və beynəlxalq diaspora iştirak edib.

Festivalın əsas cəlbedici hissəsi Hindistanın müxtəlif ştat və bölgələrini təmsil edən orijinal yeməklərin təqdim olunduğu stendlər olub. Qonaqlar Hindistanın kulinariya dünyasında maraqlı bir səyahətə çıxıblar — Şimali Hindistanın ətirli biryaniləri, kababları və yağlı naanları, Cənubi Hindistanın kokoslu və ədviyyatlı yeməkləri və dosaları, Şərqi Hindistanın xardallı təamları, eləcə də Qərbi Hindistanın ədviyyatlı sahil dadları böyük maraqla qarşılanıb.

Yemək stendlərini tamamlayan sərgi və satış guşələrində hind ədviyyatları, əl işləri, ənənəvi parçalar və digər məhsullar nümayiş etdirilib və satılıb. Bu da ziyarətçilərə Hindistan sənətkarlığından bir parçanı özləri ilə aparmaq imkanı verib.

Festival ab-havasını daha da canlandıran müxtəlif interaktiv və əyləncəli fəaliyyətlər də təşkil olunub. Bunlara məşhur mehndi (xına) guşəsi, əyləncəli Tambola oyunu, klassik və folklor hind rəqsləri, musiqi və fuziya çıxışları daxil olub. Həmçinin yoqa sessiyaları keçirilib və bununla Hind mətbəxi, sağlamlıq və mənəviyyat arasındakı dərin əlaqə vurğulanıb.

Tədbirdə çıxış edən səfir Abhay Kumar qonaqları səmimiyyətlə salamlayaraq qeyd edib ki, hind mətbəxi ölkənin qədim sivilizasiyasını və “Atithi Devo Bhava” — yəni “qonaq Tanrıya bərabədir” fəlsəfəsini əks etdirir. O, yeməyi sevgi, qayğı, səxavət və mədəni kimliyin ifadəsi kimi dəyərləndirib və festivalın Hindistanla Azərbaycan, eləcə də digər dost ölkələr arasında mədəni və insani əlaqələri gücləndirdiyini vurğulayıb.

Səfir həmçinin Hindistanın Mədəni Əlaqələr Şurasının (ICCR) dünyada orijinal hind mətbəxi təqdim edən restoranları tanıyan “Annapurna Sertifikatı” təşəbbüsünü yüksək qiymətləndirib. O bildirib ki, festivalın apreldə keçirilməsi təsadüfi deyil və bu dövr Hindistanda və bir sıra digər ölkələrdə məhsul yığımı bayramları ilə üst-üstə düşür. Parvatinin bir təcəssümü olan Annapurna qida və bəslənmə ilahəsidir və bu münasibətlə Hind mətbəxinin qlobal səviyyədə qeyd olunduğu ‘Annapurna Diwas’ ilk dəfə olaraq Bakıda qeyd edilir.

Səfir çıxışında səfirliyin davamlı mədəni təşəbbüslərindən də bəhs edib. Bunlara böyük maraqla qarşılanan ‘Baku Axşamları’ silsiləsi və ‘Bharat Filmotsav’ — Hind Film Festivalı daxildir. O qeyd edib ki, Hind Yeməkləri Festivalı da bu istiqamətdə növbəti uğurlu addım olub və iki ölkə arasında mədəni anlaşma və dostluğu daha da möhkəmləndirib.

Tədbir iştirak edən hind aşpazlarına və hotellərə təşəkkürlərin bildirilməsi ilə yekunlaşıb. Festival ziyarətçilər tərəfindən çox müsbət qarşılanıb — qonaqlar yeməklərin orijinallığından, mədəni çıxışların rəngarəngliyindən və Səfirliyin göstərdiyi qonaqpərvərlikdən böyük məmnunluq ifadə ediblər. Bir çoxları tədbiri “Bakıda Hindistanın dadı” kimi unudulmaz təcrübə kimi dəyərləndirib.

 

© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.

https://dailybaku.az/az/article/hindistanin-azerbaycandaki-sefirliyi-bakida-rengareng-hind-yemekleri-festivali-teskil-edib

Şəkil Qalereyası

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda rəngarəng Hind Yeməkləri Festivalı təşkil edib
Böyüt
Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda rəngarəng Hind Yeməkləri Festivalı təşkil edib
Böyüt
Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda rəngarəng Hind Yeməkləri Festivalı təşkil edib
Böyüt
Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda rəngarəng Hind Yeməkləri Festivalı təşkil edib
Böyüt
Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda rəngarəng Hind Yeməkləri Festivalı təşkil edib
Böyüt
Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda rəngarəng Hind Yeməkləri Festivalı təşkil edib
Böyüt
Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda rəngarəng Hind Yeməkləri Festivalı təşkil edib
Böyüt
Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda rəngarəng Hind Yeməkləri Festivalı təşkil edib
Böyüt
Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda rəngarəng Hind Yeməkləri Festivalı təşkil edib
Böyüt
Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda rəngarəng Hind Yeməkləri Festivalı təşkil edib
Böyüt
Paylaş:

Xəbər lenti

  • Roma Papası İlham Əliyevi təbrik edib
    Roma Papası İlham Əliyevi təbrik edib
  • SOCAR Azərbaycanda karbonun saxlanması üçün potensial sahələr axtarır
    SOCAR Azərbaycanda karbonun saxlanması üçün potensial sahələr axtarır
  • Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir
    Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir
  • Niderland rəsmiləri Azərbaycanda əlaqəlilik və energetika sahəsində əməkdaşlığı müzakirə ediblər
    Niderland rəsmiləri Azərbaycanda əlaqəlilik və energetika sahəsində əməkdaşlığı müzakirə ediblər
  • Tramp ABŞ tərəfindən Hörmüz blokadasının payızadək uzadıla biləcəyini bildirib
    Tramp ABŞ tərəfindən Hörmüz blokadasının payızadək uzadıla biləcəyini bildirib