Hikmət Hacıyev: Zəngəzur dəhlizi Xəzər, Mərkəzi Asiya və Balkanlar arasında əlaqələri gücləndirir

Zəngəzur dəhlizi Xəzər və Mərkəzi Asiya ilə Balkan regionları arasında əlaqələndirmənin gücləndirilməsi üçün əlverişli imkanlar yaradır.
APA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında paylaşım edib.
“Azərbaycan və Serbiya strateji tərəfdaşlar və yüksələn orta güclər kimi interregional əməkdaşlıqda mühüm rol oynayırlar — Azərbaycan Cənubi Qafqaz və daha geniş Xəzər hövzəsində, Serbiya isə Balkanlarda yerləşir.
Zəngəzur dəhlizi / TRIPP təşəbbüsü daha geniş Xəzər və Mərkəzi Asiya ilə Balkan regionları arasında əlaqələndirmənin gücləndirilməsi üçün əlverişli imkanlar yaradır”,-deyə paylaşımda qeyd edilib.
Azerbaijan and Serbia, as strategic partners and emerging middle powers, play also an important role in interregional cooperation — Azerbaijan located respectively in the South Caucasus/wider Caspian region and Serbia in the Balkans.
— Hikmet Hajiyev (@HikmetHajiyev) February 16, 2026
The Zangezur Corridor/TRIPP initiative create… pic.twitter.com/tnqLiIhR2k
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.