The Daily Baku
Hikmət Hacıyev Türkiyə Prezidentinin baş müşaviri Akif Çağatay Kılıçla görüşüb
27 mart 2026
11:22

Budapeştdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Prezidentinin baş müşaviri Akif Çağatay Kılıçla görüşüb.
Bu barədə Hikmət Hacıyev "X" hesabında bildirib.
“Azərbaycan-Türkiyə qardaşlığı və strateji müttəfiqliyi əsasında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsi, eləcə də regional təhlükəsizlik və bağlantılar məsələləri ətrafında fikir mübadiləsi apardıq.
Mövcud qlobal çağırışlar fonunda Türk dünyasında birlik və həmrəyliyin daha da gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir”, - deyə Prezidentin köməkçisi əlavə edib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/hikmet-haciyev-turkiye-prezidentinin-bas-musaviri-akif-cagatay-kilicla-gorusub