The Daily Baku
Helsinki hava limanında dron təhlükəsi ilə bağlı məhdudiyyət tətbiq olunub
15 may 2026
16:15

Finlandiya hakimiyyəti paytaxt Helsinki şəhəri ərazisində şübhəli dron fəaliyyəti barədə məlumat yayıb.
"The Daily Baku"nun "Reuters"ə istinadən verdiyi məlumata görə, Helsinki hava limanı yeni məlumatlara əsasən uçuşları müvəqqəti olaraq dayandırıb.
Finlandiyanın Baş naziri Petteri Orpo səlahiyyətli orqanların artıq lazımi tədbirləri gördüyünü bildirib.
"Hakimiyyət orqanları tədbirlər görür. Müdafiə Qüvvələri öz nəzarət və cavab tədbirləri imkanlarını gücləndirib. Hər kəsi rəsmi elanlara əməl etməyə çağırıram", - deyə o, "X" sosial şəbəkə hesabında yazıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/helsinki-hava-limaninda-dron-tehlukesi-ile-bagli-mehdudiyyet-tetbiq-olunub