The Daily Baku
Hakan Fidan: NATO-nun Ankara sammiti Alyans tarixinin ən önəmli tədbiri olacaq
13 aprel 2026
15:42

NATO-nun Ankara sammiti Alyans tarixinin ən önəmli sammiti olacaq.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Anadolu" agentliyindəki proqramda suala cavabında deyib.
H.Fidan sammitə ən yüksək səviyyədə hazırlaşdıqlarını qeyd edib.
O, ABŞ Prezidenti Donald Trumpın da sammitdə iştirakını gözlədiklərini deyib: "Trampın Prezident Rəcəb Tayyib Ərdoğana hörməti var, düşünürük ki, gəlməsi mümkündür. Başqa tərəfdən isə NATO ölkələrinin bu zirvəni bir fürsətə çevirməsi və prosesi sistemli bir çərçivəyə salması vacibdir".
Qeyd edək ki, sözügedən tədbirin iyulun 7-8-də keçirilməsi planlaşdırılır.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/hakan-fidan-nato-nun-ankara-sammiti-alyans-tarixinin-en-onemli-tedbiri-olacaq