The Daily Baku
Gürcüstanın birinci rübdə azərbaycanlı turistlərdən gəlirləri 48 milyon dolları ötüb
21 aprel 2026
16:09

Gürcüstanın 2026-cı ilin yanvar-mart aylarında Azərbaycandan olan turistlərdən gəliri 48,1 milyon dollar təşkil edib, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1 % azdır.
Bu barədə "The Daily Baku" Gürcüstan Milli Bankına istinadən xəbər verir.
Ümumilikdə, 2026-cı ilin yanvar–mart aylarında ölkə beynəlxalq turizmdən 829,8 milyon dollar məbləğində gəlir əldə edib, bu da il ərzində 0,5 % artım deməkdir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/gurcustanin-birinci-rubde-azerbaycanli-turistlerden-gelirleri-48-milyon-dollari-otub