The Daily Baku
Gəmidən təxliyə edilən şəxslərdə yoluxucu xəstəlik müəyyən edilib
11 may 2026
14:54

"MV Hondius" kruiz laynerindən (gəmisindən) təxliyə edilən 17 ABŞ sakinindən birinin Andes tipli hantavirusa yoluxduğu təsdiqlənib.
"The Daily Baku"nun TASS-a istinadən xəbərinə görə, bu barədə Birləşmiş Ştatların Səhiyyə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, hazırda 17 ABŞ vətəndaşı Dövlət Departamenti tərəfindən təmin edilən təyyarə ilə ölkəyə qayıdır. Qeyd edilir ki, onlardan ikisi ehtiyat tədbiri olaraq bioloji izolyasiya bölmələrinə yerləşdirilib:
"Bir sərnişində hazırda yüngül simptomlar müşahidə olunur, digər sərnişinin testi isə Andes hantavirusuna zəif reaksiya verib".
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/gemiden-texliye-edilen-sexslerde-yoluxucu-xestelik-mueyyen-edilib