Fransanın "CMA CGM SA" şirkətinin konteyner gəmisi Hörmüz boğazından keçib.
Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Qeyd olunur ki, Malta bayrağı altında üzən konteyner gəmisi cümə axşamı günün ikinci yarısında boğaz boyunca İran sahillərinə doğru hərəkət etməyə başlayıb. Ekipaj gəminin Fransaya məxsus olduğu barədə məlumat verib. Gəmi bu gün səhər Oman sahillərinə çatıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/fransanin-konteyner-gemisi-hormuz-bogazindan-kecib
