Fransa Qrenlandiyada NATO təlimləri keçirməyi planlaşdırır.
"The Daily Baku" xəbər verir ki, "Reuters" bu barədə Yelisey Sarayına istinadən məlumat yayıb.
Bildirilir ki, Fransa ordusu təlimlərdə iştirak etməyə hazırdır.
ABŞ Prezidenti Donald Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-yə birləşməsinin vacibliyini bildirib. Əvvəlcə o, adanı satın almağı təklif edib və 2025-ci ilin martında onun ilhaq edilə biləcəyini deyib. D.Tramp, həmçinin güc tətbiqi ehtimalını da istisna etməyib. Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, İspaniya və Polşa liderləri birgə bəyanatda Danimarka və Qrenlandiya xalqı ilə tam həmrəyliklərini ifadə ediblər.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/fransa-qrenlandiyada-nato-telimleri-kecirmeyi-planlasdirir
