Fransa prezidenti Ermənistana dövlət səfəri edəcək
Fransa Prezidenti Emmanuel Makron mayın 4-5-də Ermənistana dövlət səfəri edəcək.
"The Daily Baku" Ermənistan hökumətinə istinadən xəbər verir ki, Makronun qarşıdan gələn səfəri məsələsi baş nazirin müavini Tiqran Xaçatryanın Fransanın səfiri Olivye Dekotinyi ilə görüşündə müzakirə olunub.
Qeyd olunub ki, Makronun səfəri, mayın 4-də İrəvanda keçiriləcək "Avropa Siyasi Birliyi"nin sammiti çərçivəsində baş tutacaq.
Danışıqlar zamanı ölkələr ikitərəfli əməkdaşlığın əsas istiqamətlərini və strateji əhəmiyyətli birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər.
Həmsöhbətlər cari vəzifələrin səmərəli həlli və Ermənistan-Fransa münasibətlərinin daha da genişləndirilməsi üçün konstruktiv əməkdaşlığın vacibliyini vurğulayıblar.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
