SON XƏBƏRLƏR
Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|
Cümə axşamı, 4 İyun 2026
The Daily Baku
The Daily Baku
Cümə axşamı, 4 İyun 2026
GündəmSiyasətDünyaBiznesTexnoAvtoCəmiyyətTəhsilSəyahətİdmanMultimedia
The Daily Baku
  1. Ana səhifə
  2. Siyasət
  3. Fərid Şəfiyev: Naxçıvana dron hücumu təsadüfi deyil, qəsdən atılmış addımdır
Siyasət

Fərid Şəfiyev: Naxçıvana dron hücumu təsadüfi deyil, qəsdən atılmış addımdır

6 mart 2026
12:08
Fərid Şəfiyev: Naxçıvana dron hücumu təsadüfi deyil, qəsdən atılmış addımdır

BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyevin İranın Naxçıvandakı mülki strukturlara dron hücumlarına dair şərh verib.

"The Daily Baku" şərhi təqdim edir:

"Biz artıq əsaslı şəkildə belə qənaətə gələ bilərik ki, Azərbaycanın Naxçıvan bölgəsinə edilən dron hücumu İran tərəfindən qəsdən həyata keçirilmiş bir addım idi. Qərarın Tehranda, yoxsa daha aşağı səviyyəli komandanlıq tərəfindən qəbul edildiyi sual olaraq qalır, lakin SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) ilə əlaqələndirilən qeyri-rəsmi hesabların məlumatlarına əsasən, qərarın məhz onların tərəfindən verildiyi ehtimal olunur.

Şübhəsiz ki, bu hadisə təsadüf deyil. Hücumlar tək bir dronla deyil, bir neçə pilotsuz uçuş aparatı ilə Naxçıvanda iki obyektə - beynəlxalq hava limanına və bir məktəbə qarşı həyata keçirilib.

Eyni qaydada, mən Türkiyəyə qarşı raket hücumunun da təsadüf olduğuna inanmıram. Bu da qəsdən atılmış bir addım idi.

Sual oluna bilər: niyə İran bunu edir? Axı Türkiyə və Azərbaycan bu müharibə zamanı (həmçinin ötən ilki müharibə zamanı) neytral mövqe tutmuşdular. Azərbaycanın guya ötən il İsrailə hər hansı formada yardım göstərməsi barədə yayılan saxta xəbərlər dalğasına baxmayaraq, bu iddiaların tamamilə əsassız olduğu məlum oldu. Əks halda, İrana müəyyən rəğbəti olan Qərb mənbələri də daxil olmaqla (məsələn, bəzi liberal media qurumları, o cümlədən BBC) bunu ciddi sübutlarla xəbər verərdilər.

Bir neçə il əvvəl Ermənistanla münaqişə mərhələsini bağlamış Azərbaycan bir sıra “ekspertlər”in  (diaspordakı radikal ermənilər, İran tərəfdarları və s.) iddialarının əksinə hər hansı münaqişədə maraqlı deyil.

Şübhəsiz ki, Türkiyə İranda baş verən iğtişaşların, bu proseslərin təhlükəsizlik və regional geosiyasətə təsirlərinin fərqindədir. Məhz bu səbəblərə görə Ankara bu müharibəyə qarşı çıxmışdı.

Bəs onda səbəb nədir? Problem ondadır ki, biz bu məsələyə ənənəvi məntiq prizmasından yanaşırıq. İranın radikal dairələri isə fərqli düşünür. Onların məntiqi bizim rasional qəbul etdiyimiz çərçivələri çox vaxt aşır.

Qeyd etmək lazımdır ki, İran, hətta mövcud müharibənin qarşısını almaq üçün ciddi səylər göstərmiş Omanı belə hədəfə alıb.

İranın xarici işlər naziri Abbas Əraqçinin izahı əslində göstərir ki, İran rəsmi olaraq müsəlman ölkələrini hədəf almadığını bildirsə də, ABŞ ilə əlaqəli hesab etdiyi obyektləri vurduğunu iddia edir. Bu isə o deməkdir ki, Tehran qonşu ölkələrdəki bəzi obyektləri, o cümlədən hava limanlarını, ABŞ ilə əlaqəli hesab edə bilər.

İranın radikal dairələri hesab edirlər ki, bu cür addımlarla onlar:

  1. Münaqişəni genişləndirərək digər ölkələrə zərər vururlar;
  2. Həmin ölkələrdə ABŞ-İsrail əməliyyatlarına qarşı narazılıq yaradırlar;
  3. Dünyaya açıq şəkildə meydan oxuyurlar. Azərbaycan dilində “meydan oxumaq” ifadəsi var. Fars dilində də buna bənzər “meydani-xani” ifadəsi mövcuddur. Bu, SEPAH sıralarına cəmiyyətin daha aşağı sosial təbəqələrindən daxil olmuş və bəzən bizim güman etdiyimiz qədər siyasi incəlik və diplomatik düşüncə tərzinə malik olmayan bəzi şəxslərin psixologiyasını yaxşı əks etdirir.

Yəqin ki, bu müəyyən mənada regional xüsusiyyət də daşıyır. Məsələn, 2020-ci il müharibəsindən əvvəl Ermənistanın bəzi hərbi komandirləri yaxınlaşan müharibəni alqışlayır və Bakıda, Xəzər sahilində çay içəcəklərini deyirdilər. Bu iddiaların necə nəticələndiyini artıq hamı bilir: Ermənistan döyüş meydanında tam məğlubiyyətə uğradı.

Hazırda müşahidə etdiyimiz tendensiya ondan ibarətdir ki, müharibədə heç bir rol oynamayan ölkələr belə İrana qarşı tənqidi mövqelər ifadə etməyə başlayırlar. Türkiyə xarici işlər naziri Hakan Fidanın müsahibəsini izləsəniz, onun İranın danışıqlar taktikasını kifayət qədər sərt tənqid etdiyini görərsiniz.

Bu isə sizi təəccübləndirə biləcək başqa bir məqamdır: Bir çoxları danışıqların uğurunu nəticənin nə qədər tez əldə olunması ilə ölçdüyü halda, iranlılar əslində danışıqları uzadaraq qərar qəbulunu təxirə salmaqları ilə fəxr edirlər. Mövzu yalnız nüvə sazişi ilə bağlı deyil. Məsələn, artıq təxminən 20 ildir ki, İran siyasi müttəfiqi olan Rusiya ilə Şimal-Cənub nəqliyyat dəhlizi üzrə danışıqları uzadır. Halbuki bu layihə üç ölkənin (İran, Rusiya və Azərbaycan) hamısı üçün iqtisadi fayda gətirə bilər. Lakin Tehran bəzən özünün əldə edəcəyi faydanı deyil, Azərbaycanın bu layihədən qazana biləcəyi üstünlükləri nəzərə alaraq prosesi ləngidir.

Eyni yanaşmanı Xəzər dənizinin hüquqi statusu haqqında 2018-ci ildə qəbul edilmiş Konvensiyanın ratifikasiyası məsələsində də görmək mümkündür. İran hələ də sənədi ratifikasiya etməyib.

Bu səbəbdən, təhlil apararkən bir anlıq İsrail və ya ABŞ amilini kənara qoymaq lazımdır. Sözügedən ölkələrin atdığı bir çox addımları beynəlxalq hüquq və ya humanitar baxımdan tənqid etmək mümkündür.

İranın davranışlarını xüsusi analitik prizma çərçivəsində təhlil etmək lazımdır. Bu yanaşma İranın öz vətəndaşlarına münasibətində də görünür: ölkə dünyanın ən böyük enerji ehtiyatlarından birinə malik olsa da, əhali tez-tez su və elektrik çatışmazlığı ilə üzləşir. Belə olan halda, bu hakimiyyətin müsəlman qonşularının maraqlarını nə dərəcədə nəzərə alacağını soruşmaq tamamilə məntiqlidir.

 

© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.

https://dailybaku.az/az/article/ferid-sefiyev-naxcivana-dron-hucumu-tesadufi-deyil-qesden-atilmis-addimdir
Paylaş:

Xəbər lenti

  • Roma Papası İlham Əliyevi təbrik edib
    Roma Papası İlham Əliyevi təbrik edib
  • SOCAR Azərbaycanda karbonun saxlanması üçün potensial sahələr axtarır
    SOCAR Azərbaycanda karbonun saxlanması üçün potensial sahələr axtarır
  • Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir
    Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir
  • Niderland rəsmiləri Azərbaycanda əlaqəlilik və energetika sahəsində əməkdaşlığı müzakirə ediblər
    Niderland rəsmiləri Azərbaycanda əlaqəlilik və energetika sahəsində əməkdaşlığı müzakirə ediblər
  • Tramp ABŞ tərəfindən Hörmüz blokadasının payızadək uzadıla biləcəyini bildirib
    Tramp ABŞ tərəfindən Hörmüz blokadasının payızadək uzadıla biləcəyini bildirib