The Daily Baku
"Fənərbağça"nın keçmiş prezidentinin şirkəti Azərbaycanda nümayəndəlik yaradıb
18 mart 2026
13:49

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Dearsan Gemi İnşaat Sanayi Anonim Şirkəti"nin Azərbaycandakı filialını dövlət qeydiyyatına alıb.
Filialın hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 17-ci km, qanuni təmsilçisi isə Türkiyənin "Fənərbağça" futbol klubunun keçmiş prezidenti Aziz Yıldırımın qızı Hande Yıldırım Gamgamdır.
Xatırladaq ki, "Dearsan Gemi İnşaat Sanayi" 1980-ci ildə yaradılıb, Türkiyənin aparıcı müdafiə sənayesi şirkətlərindən biridir. Şirkət hərbi və mülki gəmilər inşa edir. Onun sahibi elə A.Yıldırımdır.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/fenerbagcanin-kecmis-prezidentinin-sirketi-azerbaycanda-numayendelik-yaradib