The Daily Baku
"Fənərbağça"nın futbolçusu Nelson Semedu dörd həftə meydandan kənarda qalacaq
2 mart 2026
16:09

Türkiyənin "Fənərbağça" klubunun futbolçusu Nelson Semedu dörd həftə yaşıl meydanlardan kənarda qalacaq.
"The Daily Baku" "TRT Spor"a istinadən xəbər verir ki, buna portuqaliyalı cinah oyunçusunun Superliqanın XXIV turunda "Antalyaspor"la matçda zədələnməsi səbəb olub.
Sol dizindən xəsərat alan oyunçu apreldə meydana çıxa biləcək.
Qeyd edək ki, "Fənərbağça" "Antalyaspor"la heç-heçə edib - 2:2.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/fenerbagcanin-futbolcusu-nelson-semedu-dord-hefte-meydandan-kenarda-qalacaq