The Daily Baku
“Fənərbağça”da növbəti prezident seçkiləri üçün tarix açıqlanıb
28 aprel 2026
14:39

Türkiyənin "Fənərbağça" klubunda növbəti prezident seçkilərinin vaxtı müəyyənləşib.
"The Daily Baku" xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin hazırkı rəhbəri Sadettin Saran mətbuat xidmətinə açıqlamasında bildirib.
O, seçkilərin 6-7 iyunda olacağını vurğulayıb.
Xatırladaq ki, Sadettin Saran 2025-ci ilin sentyabrından "Fənərbağça"nın prezidentidir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/fenerbagcada-novbeti-prezident-seckileri-ucun-tarix-aciqlanib