Fariz Hüseynli: Bayır şəhərdə 73 abidənin qorunması ilə bağlı tədbirlər görülür

Bayır şəhərdə 73 abidənin qorunması ilə bağlı tədbirlər görülür.
"The Daily Baku" xəbər verir ki, bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Fariz Hüseynli Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən "İctimai proseslər media müstəvisində" mövzusunda III Forum çərçivəsində "Şəhərsalma və Memarlıq İli"ndə media gündəmi"nə həsr olunan panel sessiyada deyib.
Onun sözlərinə görə, 33 abidənin reyestrə daxil edilməsi üçün tədbir görülür:
"Həmin ərazidə ümumilikdə 106 abidə olacaq. Onların mühafizəsi üçün aidiyyəti qurumlar nəzarət edir. Ərazidə olan bütün tarixi abidələr qorunacaq".
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.