The Daily Baku
Ermənistan Britaniya ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb
4 may 2026
15:56

Ermənistan və Böyük Britaniya strateji tərəfdaşlıq haqqında birgə bəyannamə imzalayıblar.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan "X" sosial şəbəkəsində bildirib.
"Bu gün Böyük Britaniyanın Baş naziri Kir Starmerlə Ermənistan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq haqqında imzalanan birgə bəyannamə ilə biz ikitərəfli münasibətlərdə ortaq dəyərlərə və möhkəmləndirilmiş əməkdaşlığa əsaslanan yeni və ümidverici fəsil açırıq", - Paşinyan yazıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/ermenistan-britaniya-ile-strateji-terefdasliq-haqqinda-beyanname-imzalayib