The Daily Baku
Ərəb körfəzində gəmi təhlükəsizliyi ilə bağlı yeni hadisə qeydə alınıb
14 may 2026
15:24

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Fuceyra limanından 70 km şimal-şərqdə gəmi ələ keçirilib.
"The Daily Baku" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) məlumatında deyilir.
"Kapitan bildirib ki, gəmi lövbərdə dayandığı zaman kənar şəxslər tərəfindən ələ keçirilib və hazırda İranın ərazi sularına doğru istiqamət alıb. UKMTO araşdırmanı davam etdirir. Gəmilərin hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermələri tövsiyə olunur", - məlumatda qeyd edilib.
Bununla yanaşı, gəminin kimə məxsus olduğu və göyərtədə yükün olub-olmadığı açıqlanmayıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/ereb-korfezinde-gemi-tehlukesizliyi-ile-bagli-yeni-hadise-qeyde-alinib