The Daily Baku
Ərdoğan: İstanbulu yenidən Ukrayna ilə Rusiyanın anlaşacağı mərkəzə çevirməyə hazırıq
5 yanvar 2026
13:16

Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna müharibəsinin getdikcə Türkiyə üçün çətinləşən bir vəziyyətə çevrildiyini bildirib.
"The Daily Baku" "Haber Global"a istinadən xəbər verir ki, Türkiyə lideri bu barədə "Bloomberg"ə müsahibəsində bildirib.
R.T.Ərdoğan Rusiya gəmilərinin boğazlar vasitəsilə Qara dənizə keçidinin məhdudlaşdırılmasına da toxunub.
O, müharibənin mümkün sülh prosesindən də danışıb.
"Türkiyə İstanbulu yenidən Ukrayna və Rusiya arasında sülhün müzakirə olunduğu mərkəz halına gətirməyə hazırdır. Biz həm Vladimir Putinlə, həm Volodimir Zelenski ilə birbaşa danışa bilən, eyni zamanda, Vaşinqton-Brüssel xəttində NATO və BMT nəzdində təşəbbüslər göstərən, güclü və balanslı diplomatik əlaqələr qura bilən yeganə aktoruq".
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/erdogan-istanbulu-yeniden-ukrayna-ile-rusiyanin-anlasacagi-merkeze-cevirmeye-haziriq