İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Hörmüz boğazı İsrail və Livan arasında atəşkəs müddəti ərzində açıq qalacaq.
"The Daily Baku" xəbər verir ki, bu barədə Əraqçi özünün "X" səhifəsində bildirib.
"Bütün ticarət gəmilərinin Hörmüz boğazından keçidi İranın Limanlar və Dəniz Nəqliyyatı Təşkilatı tərəfindən artıq açıqlanmış razılaşdırılmış marşrut üzrə atəşkəsin qalan dövrü üçün tam açıq elan edilir", - o bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində Hörmüzün açılmasına görə İrana təşəkkür edib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/eraqci-hormuz-bogazinin-acildigini-bildirib
