The Daily Baku
Əraqçi Çinlə əlaqələr və regional məsələlər üzrə danışıqlar aparacaq
5 may 2026
15:19

İranın xarici işlər naziri Abbas Əraqçi danışıqlar aparmaq üçün bu gün Çinə yola düşəcək.
"The Daily Baku" xəbər verir ki, bu barədə "Al-Jazeera" ölkənin Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.
"Səfər zamanı o, çinli həmkarı Van İ ilə görüş keçirəcək, ikitərəfli münasibətlər, eləcə də regional və beynəlxalq gündəlik müzakirə olunacaq", - məlumatda bildirilib.
Telekanal qeyd edib ki, görüş fevralın 28-də başlamış münaqişənin dayandırılması üzrə ABŞ və İran arasındakı danışıqların dalana dirənməsi fonunda keçiriləcək.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/eraqci-cinle-elaqeler-ve-regional-meseleler-uzre-danisiqlar-aparacaq