Elmar Eldar oğlu Məmmədov Azərbaycanın Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
"The Daily Baku" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, Elmar Məmmədov indiyə qədər Xarici İşlər Nazirliyi (XİN) İqtisadi əməkdaşlıq idarəsinin rəisi vəzifəsində çalışıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/elmar-memmedov-bolqaristana-sefir-teyin-edilib
